Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı

  • By admin
  • 02 Aprel 2018 10:37

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, 1 aprel 2018-ci il tarixədək fonda 89.782.731,34 AZN, 213.573,88 ABŞ dolları, 10736,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

Gununsesi.info