İyunun 13-dən 16-dək İzmir şəhərində (Türkiyə Respublikası) əməliyyat planlaşdırması prosesi kursu və iyunun 13-dən 17-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər kursu keçirilir. Bu haqda Gununsesi.info-ya Müdafiə nazirliyi mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
Gülnaz Qənbərli