Silahlı şəxslər bara hücum edib - 7 ÖLÜ

  • By admin
  • 22 Yanvar 2018 19:10

Kolumbiyanın şimalında Antiokiya əyalətində naməlum silahlı şəxslər bara daxil olaraq atəş açıb.

Gununsesi.info xəbər verir ki, hücum nəticəsində 7 nəfər həlak olub.

Qeyd olunur ki, hücum edənlər beş nəfər olub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Hücumun cinayət qruplaşmaları arasında hesablaşmanın olduğu istisna edilmir.

Gununsesi.info