Əfqanıstanın şimalında naməlum silahlılar Sarı-Pul kəndinə hücum ediblər.
Gununsesi.info-nun Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 50 nəfər ölüb.
Ölənlərin əksəriyyətinin dinc sakinlər olduğu bildirilir. İnsident zamanı Əfqanıstan ordusunun 7 hərbçisi həlak olub, bir neçə silahlı məhv edilib.
Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir. Hücumun kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Gununsesi.info