Sılanın Bakı konsertinin qiymətləri açıqlandı

  • By admin
  • 12 İyul 2018 10:35

Похожее изображение

Türkiyənin pop ulduzu Sılanın Bakı konsertinin biletləri artıq satışa çıxarılıb. 29 dekabr tarixində Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq müğənnini izləmək istəyənlər 30- 400 AZN arası pul verməli olacaqlar.

Belə ki, konsert zalının PC sektorunda, yəni ən ön sıradakı yerlərin qiyməti 400 manat, ən arxa (BR sektoru) yerlər isə 30 AZN-dir.

Xatırladaq ki, müğənni ilk dəfə Bakıda pərəstişkarları ilə görüşəcək. Musiqili gecə “Liatris Holding” və “Kevents Group”un təşkilatçılığı ilə baş tutacaq.