Müğənni Alişanın bir müddət əvvəl ayrıldığı nişanlısı Eda Erolun eks sevgilisi Oqan Şenyolcu qonaq olduğu verilişlərdən birində qalmaqallı açıqlamalar verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Oqan silinməsi üçün ona 100 min lirə (təxminən 50 min AZN) təklif olunduğunu şəkli canlı yayımda ilk dəfə göstərib.
Foto Şenyolcu ilə Edanın sevgili olduğu müddətdə çəkilib və ondan xahiş olunub ki, şəkil üzə çıxmasın. Erolla Alişan nişanlandıqdan sonra isə Oqana fotonu silmək üçün pul təklif olunub.
Lakin Şenyolcunun vəkili həmin təklifi rədd edib.
Qeyd edək ki, Alişanla Edanın ayrılmasına səbəb kimi aralarında Edanın keçmiş sevgilisi Oqan Şenyolcu ilə bağlı mübahisə yaranması göstərilir.
Gununsesi.info