

Silk Way Helicopter Services Azərbaycanda daxili turizmin böyük populyarlıq qazandığını nəzərə alaraq turizm həvəskarlarına Azərbaycanın füsunkar təbiətini helikopterlə səyəhət yeni xidmət növünü təkilf etməyə qərara alıb.
Bu barədə Gununsesi.info-ya şirkətdən məlumat verilib.
Şirkətdən verilən məlumata görə, bu xidmət vasitəsi ilə turizm həvəskarları unikal təbiət, əlverişli iqlim şəraiti, inkişaf etmiş infrastruktur və xeyli müxtəlif növ istirahət imkanlarını əsyahət etmiş olacaqlar.
Bu xidmətdən xarici turistlər də yaralana bilər və onlar ölkəmizin görməli yerləri ilə tanış olmaq imknaını əldə etmiş olacaqlar.
Silk Way Helicopter Services (SWHS) aviaşirkəti səyahət həvəskarlarına unikal hava səyahətlərinin geniş çeşidini təklif etməyə hazırdır.
SWHS aviaşirkətinin potensialı turistlərin və sahibkarların hava limanından ölkənin istənilən nöqtəsinə çarter reysi ilə uçuşunu həyata keçirməyə imkan verir.
Şirkətin aviasiya personalının peşəkarlıq səviyyəsi, onun müasir texniki parkı, aparıcı xarici şirkətlər ilə əməkdaşlıq bu tipli aviareyslərin yüksək səviyyədə təşkilinə zəmanət verir.
SWHS aviaşirkətinin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A və Augusta Westland AW-139 kimi müasir və komfortlu vertolyotlar daxildir.
Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar.

Mürtəza
Gununsesi.info