Silk Way Helicopter Services vertolyotla səyahət təklif edir

  • By admin
  • 30 Yanvar 2017 12:35
silk-1
Silk Way Helicopter Services Azərbaycanda  daxili  turizmin böyük populyarlıq qazandığını nəzərə alaraq turizm həvəskarlarına Azərbaycanın füsunkar təbiətini helikopterlə səyəhət  yeni xidmət  növünü təkilf etməyə qərara alıb.
Bu barədə Gununsesi.info-ya şirkətdən məlumat verilib.
Şirkətdən verilən məlumata görə, bu xidmət vasitəsi ilə turizm həvəskarları  unikal təbiət, əlverişli iqlim şəraiti, inkişaf etmiş infrastruktur və xeyli müxtəlif növ istirahət imkanlarını əsyahət etmiş olacaqlar.
Bu xidmətdən xarici turistlər də yaralana bilər və onlar ölkəmizin görməli yerləri ilə tanış olmaq imknaını əldə etmiş olacaqlar.
Silk Way Helicopter Services (SWHS) aviaşirkəti səyahət həvəskarlarına unikal hava səyahətlərinin geniş çeşidini təklif etməyə hazırdır.
SWHS aviaşirkətinin potensialı turistlərin və sahibkarların hava limanından ölkənin istənilən nöqtəsinə çarter reysi ilə uçuşunu həyata keçirməyə imkan verir.
Şirkətin aviasiya personalının peşəkarlıq səviyyəsi, onun müasir texniki parkı, aparıcı xarici şirkətlər ilə əməkdaşlıq bu tipli aviareyslərin yüksək səviyyədə təşkilinə zəmanət verir.
SWHS aviaşirkətinin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A və Augusta Westland  AW-139  kimi müasir və komfortlu vertolyotlar daxildir.
Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar.
 silk-2
Mürtəza
Gununsesi.info