
Gününsəsi.info xəbər verir ki, həyata keçirilən əməliyyat cari ilin iyulun 30-dan oktyabrın 10-dək olan müddətdə Suraxanı rayonu ərazisində müxtəlif vətəndaşlara məxsus 19, Xəzər rayonunda isə 2 fərdi yaşayış evindən oğurluq edən Cəlilabad rayon sakini Tural Əmişov tutulub.
Araşdırmalar zamanı saxlanılan şəxsin Suraxanı rayonunda 3 nəqliyyat vasitəsindən də oğurluq etdiyi məlum olub. T.Əmişov ifadəsi zamanı əsasən günün qaranlıq saatlarında yaşayış olmayan evlərdən oğurluq etdiyini bildirib.Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları T.Əmişovun digər cinayətlərdə iştirak etdiyini də istisna etmir.
Gününsəsi.info