Yeni araşdırmaya görə, Şimal Buzlu Okeanı ilk dəfə 2027-ci ilin yayın sonuna qədər tamamilə buzsuz qala bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, alimlər bu kritik həddin artıq qaçılmaz olduğunu və dəniz buzunun tezliklə bir milyon kvadrat kilometrdən aşağı düşəcəyini proqnozlaşdırırlar.
Alimlər “buzsuzluğu” dəniz buz sahəsinin qısa müddətdə bir milyon kvadrat kilometrdən aşağı düşməsi kimi təyin etsələr də, Arktikanın ilk buzsuz gününün indi qaçılmaz və geri dönməz olduğunu deyirlər.
Kolorado Boulder Universitetinin klimatoloqu Alexandra Jahn və İsveçin Göteborq Universitetinin əməkdaşı Selin Heuze də daxil olmaqla beynəlxalq tədqiqatçılar qrupu buzsuz ilk günü proqnozlaşdırmaq üçün 300-dən çox kompüter modelindən istifadə edib.
Araşdırmaya görə, Şimal Buzlu Okeanı müntəzəm olaraq buzsuz qalarsa, bu, ən şimal dənizinin kövrək ekosisteminə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Alimlər öz açıqlamalarında dəniz buzlarının əriməsinin yaxın gələcəkdə hələ də təxirə salınması şansının olduğunu da bildiriblər.
Orxan Saffari