
“Azərbaycanın aktiv iştirakçılığı ilə bölgədə reallaşan növbəti “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi Ermənistanı ciddi əndişələndirir. İrəvan bu layihənin rellaşmasında oynadığı rola görə Moskva və Tehrana qəzəblidir”.
Gununsesi.info xəbər verir ki, məhşur amerikalı analitik Pol Qobl Rusiya, Azərbaycan, İran, Hindistan arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı sazişi şərh edirb. Pol Qobl “The James Town Foundation” nəşrinə yazdığı məqalədə qeyd edib ki, Rusiya, Azərbaycan, İran, Hindistan arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması ilə imzalanan saziş Ermənistanı ciddi narahat edir. P.Qoblun sözlərinə görə, iyul ayında əsas geopolitik proseslər sırasında Cənubi Çin dənizindəki konflikt, Türkiyədəki dövlət çevrilişi cəhdi, Fransadakı teraktla yanaşı, Rusiya, Azərbaycan, İran və Hindistan arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin rellaşması istiqamətində sakitcə imzalanan sazişi beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edən hadisədir. “Bu saziş nəticəsində təkcə dörd ölkənin dəmiryol qovşağı briləşəməyəcək və bu dəmiryolu İran-Azərbaycan-Rusiya üzərindən keçməklə Avropayadək uzanacaq. Bu, çox ciddi və əhəmiyyətli bir iqtisadi layihədir”- deyə, P.Qobl hesab edir. Analitik hesab edir ki, bu layihənin reallaşdırılması Ermənistanı ciddi ənidşələndirir. “Çünki bu layihənin reallaşması nəticəsində Rusiya Ermənistandan yan keçməklə, bölgədə mühüm əhəmiyyətə malik olan nəqliyyat dəhlizi yaradılır. Belə bir layihənin reallaşması Ermənistanın dəmiryol sisteminə öz mənfi təsirini göstərir. Ona görə ki, qonşu ölkə olsa da, Ermənistan bu sazişdə iştirak etmədiyindən bölgədə reallaşan əhəmiyyətli bir layihədən də kənarda qalmış olur. Bu layihənin reallşamsından bölgədə yeganə qazana bilməyəcək ölkə Ermənistan olacaq. Hətta, Gürcüstan bu layihənin tərkib hissəsidir. Layihə reallaşandan sonra Hindistan, irandan gələn yüklər Gürcüstan üzərindən Avropaya və əks istiqamətdə hərəkət edə biləcək ”-deyə, o, qeyd edib. Analitikin fikrincə, bu saziş bird aha sübut edir ki, Ermənistanın Moskva üçün iqtisadi və siyasi cəhətdən əhəmiyyətinin azaldığının göstəricisidir: “Bu layihənin reallaşmasının digər məqamı ondan ibarətdir ki, İran İrəvana dəmiryol çəkmək niyyətindən vaz keçəcək. Bununla da Ermənistan müttəfiqlərinin iştirakı ilə bölgədə reallaşan beynəlxalq əhəmiyyətli iqtisadi layihə də iştirak şansını əldən vermiş oldu. Çünki İran daha çox Azərbaycanla dəmoryol əlaqəsini qurulmasında maraqlıdır və fəaliyyətini də bu istiqamətdə qurub. Ermənistan onun üçün perspektivli ölkə kimi görünmür. Artıq avqustun 7-də bu xətt üzrə ilk konteyner Hindistana yola salınacaq. Bu isə Cənubi Qafqaz üçün geopolitik baxımdan mühüm əhəmiyyət kəsb edən məsələdir və münasibətlər yeni müstəviyə transformasiya olunacaq. Belə ki, Azərbaycan bununla da bölgədə bird aha öz əhəmiyyətili dərəcədə rolunu gücləndirməklə, təkcə region ölkələri ilə deyil, həmçinin uzaq və yaxın ölkələrlə əlaqələr formatını daha da şoxşaxəli şəkildə qurmuş olacaq”. Öz yazısında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunana analitik qeyd edib ki, Rusiya Azərbaycana Qarabağ münaqişəsinin həllində yardım etməyə çalışır: “Rusiya Qarabağ münaqişəsinin iki mərhələdə həlli planını hazırlayıb. İlkin olaraq Rusiya Ermənistana təzyiq edib 5 rayonun azad olunmasına çalışır və bundan sonra Dağlıq Qarabağın gələcək statusu ilə bağlı danışıqlara başlanılır”.
Hazırladı Mürtəza Bünyadlı
Gununsesi.info