“Şimal-Cənub dəhlizi üzrə işlər qrafikə uyğun həyata keçirilir” - CAVİD QURBANOV

  • By admin
  • 15 Noyabr 2017 13:40

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolunun inşası işləri qrafikə uyğun həyata keçirilir.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yoları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

“Bu ilin dekabrında artıq I faza üzrə işlər yekunlaşacaq. II faza üzrə işlərin isə gələn ilin birinci yarısında başlanılması nəzərdə tutulur”, – C.Qurbanov qeyd edib.

Bu yaxınlarda Bakı-Tbilis-Qars dəmiryolunun açılışını xatırladan C.Qurbanov onun Azərbaycanın dividendlərini artıracağını da vurğulayıb.

Gununsesi.info