Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Nurəddin Mehdixanlı Putinin faşıst ordusunun Ukraynanın Buça və İrpin şəhərlərində mülki əhaliyə qarşı qətliamı haqqında yazıb.
Gununsesi.info həmin qeydləri təqdim edir:
Bu, Rusiyanın dəsti-xəttidir!
Bu, Rusiyanın, 200 illik dəyişməz imzasıdır!
1918 qırğınları- rus-erməni əxlaqı və imzası!
1920- rus-erməni imzası.
20 yanvar 1990- erməni fitvası- Rusiya əxlaqı və imzası!
Fevral 1992-Xocalı- Rus, erməni imzası.
İşğal edilmiş və viaranə qoyulmuş Qarabağ, 30 minə yaxın qətlə yetirilmiş, 1 milyon məcburi qaçqın və köşkün, Rusiya-Ermənistan tandeminin qanlı imzası!
Sentyabr-noyabr 2020- İşğal altında olsn torpaqlarını azad etmək üçün ayağa qalxan Azərbaycan xalqına qarşı vuruşan ,Rusiya-Ermənistan birliyi!
Tərtəri, Gəncəni, Bərdəni ballistik raketlərlə vuran ,Şuşaya , Bakıya ,,İsgəndər” raketini atan, Rus-erməni faşizmi!
Əslində, 200 ildən artıq başımıza gətirilən bütün faciələrin senari müəllifi, təşkilatçısı və icraçısı, elə Çar Rusiyası, Sovet Rusiyası, bu günkü Rusiyadır.
Adı dəyişsədə, mahiyyəti dəyişməyən ŞƏR ÖLÜM MAŞINI!
BÜTÜN BU QƏTLLƏRİN və FACİƏLƏRİN , BİR CƏLLADI VAR!
ŞİMAL İBLİSİ !
Gununsesi.info