Şimal-qərb bölgəsində zəlzələ baş verdi

  • By admin
  • 07 Sentyabr 2016 22:26

ba476e7b44f5343ca46fa4be22a354a1

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya verilən xəbərə görə, zəlzələ bu gün saat 20.57-də Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.

Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində  4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Gununsesi.info