Şimali Kiprlə dostluq qrupunun yaradılması təklif edildi

  • By admin
  • 27 Dekabr 2022 11:22

Milli Məclisdə Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupunun yaradılması təklif edilib.

Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

“Onların parlamentində artıq bu addım atılıb və dostluq qrupu yaradılıb. Qarşı tərəflə danışıqlarımız olub. Səfərimiz zamanı onlar da bu barədə bizdən xahiş ediblər. Sahibə xanım, sizdən xahiş edirəm, gələn sessiyada bu məsələyə baxaq”, – deyə deputat vurğulayıb.

Gununsesi.info