Şimali Koreya ABŞ-a meydan oxudu

  • By admin
  • 05 İyul 2017 14:18

06

Şimali Koreya “Xvanson-14” adlı qitələrarası uzunmənzilli ballistik raketini müvəffəqiyyətlə sınadıqdan keçirdəndən sonra, Amerikaya və onun müttəfiqlərini nüvə zərbəsi ilə hədələyib.

Gununsesi.info xəbər verir ki, bu haqda Türkiyənin “Akşam” qəzeti məlumat yayıb.

Belə ki, Şimali Koreyanın mərkəzi televiziyası “KRT” xəbər verir ki, ballistik raketini sınaq atışını izləyən KXDR lideri Kim Çen İn bəyan edib ki, ölkəsi heç bir zaman nüvə silahında imtina etməyəcək: “Bundan sonra da Vaşinqtona bu cür sınaqlardan yaranan yeni “hədiyyə paketləri” göndərəcək”.

Qeyd edək ki, Şimali Koreya “Xvanson-14” adlı qitələrarası uzunmənzilli ballistik raketini müvəffəqiyyətlə sınadıqdan keçirib.

Hazırda bu raketin maksimal uçuş hündürlüyünün 2802 kilometr olduğu bildirilir. Həmçinin qeyd olunur ki, raket 39 dəqiqə ərzində 933 kilometr məsafə qət edib.

Məhz raketin sınaqdan keçirilməsi əmrini isə KXDR lideri Kim Çen İn verib.

Anar

Gununsesi.info