

Şimali Koreya lideri Kim Çen In Amerikaya ballistik raket “zərbəsi” endirdi
Gununsesi.info Renxap-a istinadən xəbər verir ki, Şimali Koreyada böyük bir toplantıda ABŞ-ın şəhərlərindən birinə imitasiya xarakterli ballistik raket zərbəsi endirən videorolik nümayiş etdirlib.
ŞimaliKoreya liderinin babası Kim İr Senin 105 illik yubleyinə həsr olunmuş toplantıda yeni ballistik raketinin buraxıldığını nümayiş etdirib. İmitasiya xarakteri daşıyan videorolikdə raket zərbəsi ABŞ-ın şəhərlərindən brinə endirilir. Video görüntüdə qəbiristanlıq fonunda Amerika bayrağının yandığı kadrlar nümayiş olunub.
Toplantıda videorolikin nümayiş olunması fonunda isə Şimali Koreya hərbçiləri ballistik raketin uğurla sınqadan keçirilməsinə həsr olunan mahnı ifa edirlər.

https://www.youtube.com/watch?v=HEKDXrejLE8
Gununsesi.info