Şimali Koreya ABŞ-ı hədələyir

  • By admin
  • 14 Avqust 2016 09:33
KIM
Şimali Koreya ABŞ-ı ölkəyə  hücum hazırlamaqda ittiham edərək, nüvə zərbəsi endirəcəyi ilə hədələyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu KXDR-in yüksək vəzifəli məmurlardan biri “Renhap” agentliyinı bildirib.
“ABŞ-ın KXDR-ə hücum etmək cəhdləri getdikcə daha şiddətli olur”, deyə məmur bildirib.
Onun sözlərinə görə, qabaqlayıcı nüvə zərbəsi endirmək  hüququ tək ABŞ-a məxsus deyil.
Şimali Koreyanın bu cür bəyanatla çıxış etməsinə səbəb ABŞ-ın Sakit okean rayonuna “B-1B Lancer” tipli  strateji bombardmançı təyyarələrinin göndərməsi olub.  Buna cavab olaraq KXDR ABŞ-ı  ölkəyə  nüvə zərbəsi hazırlamaqda ittiham edib.