
Şimali Koreyanın dövlət başçısı Kim Çen In ABŞ prezidenti Donald Trampın “Şimali Koreya bəlasını axtarır”, bəyanatından çox hiddətlənib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna cavab olaraq Şimali Koreya rəhbərliyi ABŞ-ı nüvə silahı ilə təhdid edib.
Belə ki, Şimali Koreya rəhbərliyi mətbuata açıqlamasında ABŞ-ın hər hansı hücum cəhdinə Şimali Koreya “nüvə hücum” ilə qarşılıq verəcəyini bildirib.
Xatırladaq ki, aprelin 11-də D. Tramp öz “tvitter” hesabında Şimali Koreyanı hədəfə alıb.
D. Tramp qeyd edib ki, Şimali Koreya bəlasını axtarır: “Çin kömək etməyə qərar versə, bu möcüzə olar. Kömək etməzsə, biz bu problemi onlarsız da həll edərik” – deyə prezident bildirib.
Anar
Gununsesi.info