Şimali Koreya ABŞ-la danışığa gedir

  • By admin
  • 13 May 2017 13:50

simali koreya abs

Şimali Koreya ABŞ-la danışığa gedə bilər.

Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri tərəflər arasındakı əlaqələrin məsul diplomatı Ço Son Huy jurnalistlərə açıqlamasında söyləyib.

O, Tramp rəhbərliyi ilə hər hansı danışığın olub-olmayacağı haqda sualı “Şərtlər təklif olunduqdan sonra dialoq qurula bilər” deyə cavablandırıb.

Qeyd edək ki, tərəflər arasında yaranmış gərginlikdən sonra ABŞ Prezidenti Donald Tramp mövcud şərtlər altında Şimali Koreya lideri Kim Çenlə danışıqların mümkün ola biləcəyini demişdi.

Bundan sonra Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Ce İn də Şimali Koreya ilə yeni əlaqələrin qurulması üçün hazır olduqlarını bildirmişdi.

Gununsesi.info