Şimali Koreya ABŞ-la nüvə danışıqlarını bərpa etmək istəyir

Şimali Koreya ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə onunla nüvə silahı üzrə danışıqları bərpa etmək istəyir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Japan Times” qəzeti yazır.

Nəşr Şimali Koreyanın qaçaq diplomatlarından birinin sözlərini sitat gətirir: “Şimali Koreya Donald Tramp yenidən prezident seçilərsə, ABŞ-la nüvə danışıqlarını bərpa etmək istəyir və yeni danışıqlar strategiyası hazırlamağa çalışır”.

O, həmçinin vurğulayıb ki, KXDR hakimiyyəti Trampın Şimali Koreyaya təzyiq göstərə bilməməsi və onu xoşagəlməz güzəştlərə getməyə məcbur edə bilməməsi üçün sərt danışıqlar xətti hazırlayacaq.

Daha əvvəl KXDR Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreyanın Trampın Pxenyan və ölkə lideri Kim Çen Inla dostluq və yaxşı münasibətlər barədə sözlərinə əhəmiyyət vermədiyini bildirib.

Siyasətçiyə iş və şəxsi münasibətləri bir-birindən ayırmağı da tövsiyə ediblər.

 

 

Günay

Gununsesi.info