Şimali Koreya ABŞ və müttəfiqlərini hədələdi - "MÜQAVİMƏTİMİZ AMANSIZ OLACAQ"

  • By admin
  • 14 Aprel 2017 23:54

simali koreya

Şimali Koreya Silahlı Qüvvələri ABŞ və Cənubi Koreyaya “sərt müqavimət” göstərəcəklərini vəd edib.

Gununsesi.info xəbər verir ki, “Bizim ABŞ və onun vassallarına qarşı müqavimətimiz təcavüzkarların sağ qalmasına yol verməyəcək dərəcədə amansız olacaq”, deyə Koreyanın Mərkəzi Teleqraf Agentliyi hərbçilərin sözlərini sitat gətirir.

“Şimali Koreya Silahlı Qüvvələri KXDR-nin ləyaqət və suverenliyinə əl uzadanlara qarşı həmişə olduğu kimi mərdliklə mübarizə aparacaq və ABŞ-ın təxribat xarakterli planlarını amansızcasına pozacaq”, deyə bəyanatda bildirilir.

Gununsesi.info