Vaşinqton hər hansı “ağılsız addım” atarsa Pxenyan ABŞ bazalarını məhv edəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Xairci İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Nazirliyin yaydığı bəyantda bildirlir ki, Koreya yarımadasında vəziyyətə həddən artıq gərgin bir mərhələyə qədəm qoyur və əgər Vaşinqton hər hansı “ağılsız addım” atmağa cürət edərsə, Pxenyan həmən ABŞ-ın Sakit okeandakı, o cümlədən, Quam adasndakı hərbi bazalarını məhv edəcək. Bəyanatda o da bildirilir ki, ABŞ bu yaxınlarda Ulji Freedom Guardian birgə hərbi manevrləri zamanı Sakit okeandakı Quam adasında üç növ strateji bimbardman təyyarəsi yerləşdirib və bunu ciddi həyəcan siqnalı kimi qəbul edirik. XİN-in sənədində o da bildirilir ki, ABŞ mütəmadi olaraq yarımadaya və onunla həmsərhəd adalara atom aviadaşıyıcılar, nüvə silahı olan sualtı gəmilər yerləşdirir. Pxenyan Quam adalarına bombardman təyyarələrini yerləşdirməsi, ABŞ-ın Şimali Koreyanın nüvə silahına qarşı yönəldiyini və bunun bölgədə vəziyyətin təhlükəli mərhələyə qədəm qoyması kimi dəyərləndirib.
Gununsesi.info