Şimali Koreya Cənubi Koreyaya atəş açıb

Cənubi Koreya hərbçiləri KXDR-in sərhəddə yerləşən iki Koreya arası yolun hissələrini partlatmasından sonra xəbərdarlıq atəşi açıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildirib.

“Cənubi Koreya ordusu çərşənbə axşamı Şimali Koreyanın Koreyalararası yolun hissələrini partlatmaq üzrə hərəkətlərinə cavab olaraq iki Koreyanı ayıran hərbi demarkasiya xəttinin cənubunda xəbərdarlıq atəşi açıb”– deyə materialda bildirilir.

Daha əvvəl KXDR Ordusunun Baş Qərargahı bildirmişdi ki, oktyabrın 9-dan Şimali Koreya öz ərazisini Cənubi Koreyanın “əsas düşməni” ilə birləşdirən avtomobil və dəmir yollarının bağlanması və dayandırılması üzrə işlər görəcək.

Qeyd edək ki, Şimali Koreya hərbi demarkasiya xəttinin şimalında Koreyalararası avtomobil yollarının hissələrini partladıb.

 

 

Gununsesi.info