Şimali Koreya Cənubi Koreyaya hava şarı ilə zibil göndərib

Şimali Koreya Cənubi Koreyaya sarı içində təbliğat vərəqələri və zibil olan azı 150 ədəd hava şarı göndərib.

Gununsesi.info -nun verdiyi xəbərə görə,  Cənubi Koreya ordusu əhaliyə xəbərdarlıq edib ki, içində “çirkli tullantı və zibil” olan ağ şarlara toxunmasınlar.

Şimali və Cənubi Koreya dövlətləri ötən əsrin 50-ci illərindəki Koreya müharibəsindən bəri təbliğat kampaniyalarında şarlardan istifadə edir.

Bu ayın əvvəlində Cənubi Koreyada fəaliyyət göstərən bir qrup fəal Şimali Koreyaya 20 şar göndərib. Onun içində Pxenyan hökuməti əleyhinə vərəqələr, Koreya pop musiqisi və musiqi videoları yazılmış yaddaş kartları olub.

Bundan başqa, Cənubi Koreyadan olan könüllülər butulkalara təbliğat materialları ilə yanaşı, həm də düyü tökərək dənizə atmışdılar.

Gununsesi.info