ABŞ-la Şimali Koreya arasında gərginliyin yaşanmasına baxmayaraq, paytaxt Pxenyanda “Günəş Günü” bayramı münasibəti ilə hərbi parad keçirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər il aprelin 15-i “Günəş Günü” Şimali Koreya dövlətinin banisi və ilk prezidenti, hazırkı prezident Kim Çen İnın babası, generalismus Kim il Sunqun doğum günü münasibəti ilə keçirilir.
Belə ki, bu məqsədlə 200-ə yaxın xarici jurnalist mərasimi işıqlandırmaq üçün Şimali Koreya dəvət edilib.
Hərbi parad da ilk dəfə olaraq sualtı gəmidən atılan ballistik raket ictimaiyyətə təqdim olunub.
Xatırladaq ki, tədbirdən öncə ABŞ-ın Prezidenti Donald Tramp, Çini Şimali Koreyaya müdaxilə etməsi mövzusunda xəbərdar edib.
Bir müddət əvvəl ABŞ Şimali Koreya yarımadasına döyüş gəmilərini göndərib.
Anar
Gununsesi.info