
Cənubi Koreya və Yaponiya bildiriblər ki, Şimali Koreya qitələrarası ballistik raketi 86 dəqiqə – indiyədək qeydə alınan ən uzun uçuş olub və 1000 km-dən çox məsafəni qət edərək, şərq sahillərində sulara düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ICBM kəskin qaldırılmış bucaq altında atəşə tutulub və 7000 km (4350 mil) yüksəkliyə çatıb.
“Bu o deməkdir ki, üfüqi olaraq buraxılsaydı, daha çox məsafə qət edərdi.”,- deyə bildirilib.
Cənubi Koreya həmçinin xəbərdarlıq etmişdi ki, Şimali Koreya ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərinə yaxın ICBM-ni vurmağa hazırlaşır.
Seulun müdafiə nazirliyi bildirib ki, bu sınaq “daha uzağa və daha yüksəklərə atəş açan” silahlar hazırlamaq məqsədi daşıyır.
Cənubi Koreya raketin buraxılışına cavab olaraq Şimala qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.
Birləşmiş Ştatlar baş verənləri “BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin kobud şəkildə pozulması” adlandırıb.
Orxan Saffari