“Şimali Koreya lideri nüvə silahından imtina etməyəcək” - BOLTON

  • By admin
  • 30 Sentyabr 2019 23:21

“Mövcud şəraitdə Şimali Koreya lideri Kim Çen In nüvə silahından imtina etməyəcək və arsenalını qorumaq üçün əlindən gələni edəcək.

Gununsesi.org xəbər verir ki, bu fikri bazar ertəsi ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində konfransda çıxış edərkən söyləyib.

O, Kim Çen Inın ölkə ərazisindəki bütün nüvə arsenalını qorumaq üçün “mümkün olan hər şeyi” edəcəyini, “gələcəkdə də inkişaf etdirib artıracağını” söyləyib.

 

 

Gununsesi.org