Şimali Koreya lideri qızı ilə cəbhə xəttində

  • By admin
  • 16 Mart 2024 13:48

ABŞ və Cənubi Koreyanın birgə təliminə qarşı demək olar ki, hər gün cəbhəyə gələn Şimali Koreya prezidenti Kim Çen In dünən qatıldığı təlimdə qızı ilə düşmən ölkə Cənubi Koreyanın mövqelərini izləyib.

Gununsesi.info xəbər verir ki, Cənubi Koreyaya sızma əməliyyatını təqlid etmək üçün dünən sərhəddə keçirilən təlimdə Kim əsgərlərin təlimini maraqla izləyib və ordu rəsmiləri ilə görüşüb. Kim son iki həftədə qatıldığı 4-cü hərbi manevrdə varisi kimi göründüyü və yanından ayrılmadığı qızı ilə əsgərlərlə foto çəkdirib.

Dövlət xəbər agentliyi KCNA da Kimin qızının durbinlə düşmən mövqelərinə baxdığı fotoları dərc edib. Son zamanlar ardıcıl raket sınaqları keçirən və nüvə silahı istehsalını sürətləndirən Şimali Koreya yeni silahlarla ABŞ və Cənubi Koreyaya meydan oxuyur. “Müharibəyə hazır olun” mesajı verən Şimali Koreya lideri bir neçə gün əvvəl yeni nəsil tank sürüb.

Bu arada Kim dünən Rusiya lideri Vladimir Putinin ona hədiyyə etdiyi dəbdəbəli “Aurus” limuzini ilə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Şimali Koreya liderinin bacısı Kim Yo Conq deyib ki, Kimin Rusiya istehsalı olan lüks avtomobilin sükanı arxasına keçməsi Rusiya ilə münasibətlərin yaxşılaşmasına işarədir.

 

Gununsesi.info