
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya ABŞ-ın müharibə təhdidlərini vecinə almayıb. Dövlətin səlahiyyətli şəxslərindən biri hərbi gərginliyə və onlara qarşı yönələn sərt reaksiyalara baxmayaraq, mərmi sınaqlarının davam etdiriləcəyini açıqlayıb.
BBC-ə açıqlama verən Şimali Koreyanın Xarici İşlər nazirinin köməkçisi Hanq Sonqryol sınaqların artacağına da diqqət çəkib. O, həmçinin, ABŞ-ın müdaxilə edəcəyi təqdirdə müharibənin başlayacağını bildirib.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl ABŞ “hərbi səbr”in tükəndiyini bəyan etmişdi.
Nigar
Gununsesi.info