

Şimali Koreyann lideri Kim Çen In iki naziri zenit raketi ilə öldürüb.
Gununsesi.info Cənubi Koreyanın “Çunan ilbo” qəzetinin yazdığına görə, Kim Çen In ölkə məmurlarını amansız formada öldürməklə yenidən gündəmə gəlib. Adını çəkməyən mənbə deyib ki, Kim Şen In iki naziri zenit raketi ilə amansız qətl törədib. Onlardan biri kənd təsərrüfatı naziri Xvan Min və ikincisi isə təhsil naziri səviyyəsində olan adı bəlli olmayan şəxsdir. Çünki Şimali Koreyada təhsillə bağlı iki qurum fəaliyyət göstərilir və öldürülənlərin hansı qrumun rəhbəri olduğu bilinmir.
Qəzetin yazdığına görə, bu şəxslər Kim Çün Inın xüsusi fərmanı ilə öldürülüblər. Ölüm hökmü Pxenyanda Hərbi Akademiyada həyata keçirilib və ölüm hökmünün icrası zamanı zenit pulemyotundan istifadə edilib.
Kənd təsərrüfatı naziri ölkə liderinin tapşırığına uyğun olmayan hərəkət etdiyi, digəri isə Kim Çen Inın iştirakı ilə keçirilən iclasda mürgülədiyi üçün barələrində ölüm hökmü çıxarılıb.
Təhsil sahəsi üzrə məmur elə mürgülədiyi yerdə həbs edilərək aparılıb.
Qeyd edək ki, 2013-cü ilin dekabrında Kim Çen Inın dayısı Çan Son Txeki top mərmisi ilə öldürüb.
Gununsesi.info