Şimali Koreya növü məlum olmayan raket sınaqdan keçirib - ANCAQ UĞURSUZLUQLA ÜZLƏŞİB

  • By admin
  • 22 Mart 2017 07:25

koreya raket sinagi

Şimali Koreya raket buraxılışı həyata keçirib.

Gununsesi.info-nun tass.ru-ya istinadən verdiyi xəbərə görə, Şimali Koreya ölkənin şərq sahilində yerləşən Vonsan şəhərindən raket buraxılışını sınaqdan keçirib.

Qeyd edək ki, bu barədə “Kyodo” agentliyinə Yaponiya hökumətindəki mənbələrdən məlumat daxil olub. İlkin məlumata əsasən, növü məlum olmayan raketin sınaq buraxılışı uğursuz olub.

Nəzərinizə çatdıraq ki, martın 19-da Şimali Koreya rəhbərliyi “Tonçhan-Ri” raket bazasında yeni nəsil  raket mühərrikini sınaqdan keçirdiyini, martın 7-də isə ABŞ və Yaponiya  hərbi bazalarına zərbələrin endirilməsini sınaqdan keçirdiyini bəyan edib.

Gununsesi.info