Şimali Koreya nüvə potensialını inkişaf etdirəcək

“Şimali Koreya təhlükəsizliyi təmin etmək üçün nüvə imkanlarını inkişaf etdirəcək və xüsusilə ABŞ və müttəfiqlərindən gələn istənilən təhlükəyə qarşı durmağa hazır olacaq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Şimali Koreyanın lideri Kim Çen In bildirib.

Məlumata görə, Kim Çen In Şimali Koreyanın yaranmasının ildönümü ilə bağlı çıxışı zamanı bildirib ki, onun ölkəsi hazırda nüvə silahlarının sayını “eksponensial şəkildə artırmaq üçün nüvə qüvvələrini inkişaf etdirmək siyasətini həyata keçirir. ”

Kim deyib ki, Şimali Koreya “nüvə imkanlarını daha dərindən hazırlamalı və dövlətin təhlükəsizlik hüquqlarını təmin etmək üçün istənilən vaxt onlardan düzgün istifadə etməyə hazır olmalıdır”.

 

 

Gununsesi.info