Şimali Koreya ordusunun əsgəri ölkədən qaçıb

  • By admin
  • 21 Dekabr 2017 09:10

Daha bir KXDR hərbçisi sərhədi aşaraq Cənubi Koreya ərazisinə keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rönhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinə istinadən məlumat verib.

Məlumata əsasən, yerli vaxtla saat 08:04-də Şimali Koreya ordusunun əsgəri dumanlı hava şəraitindən istifadə edərək Cənubi Koreyanın nəzarət-keçid məntəqəsinə maneəsiz keçib.

Qeyd edək ki, noyabrda da KXDR hərbçisi Cənubi Koreya ərazisində keçib. KXDR sərhədçiləri tərəfindən atəşə tutulan əsgər yaralanaraq xəstəxanaya çatdırılıb.

Gununsesi.info