Şimali Koreya Seula yeni partiya zibil balonları göndərib

KXDR hakimiyyəti Cənubi Koreyaya 500-ə yaxın zibil topu göndərib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pxenyanın onuncu dəfə hava şarları buraxmasıdır.

Bir gün əvvəl Seuldakı prezident iqamətgahının ərazisinə bir neçə şar düşüb.

Bildirilir ki, Kimyəvi və Bioloji Təhlükələrə Qarşı Mübarizə Qrupu obyektləri yoxlayıb və orada təhlükəli heç nə aşkar etməyib.

Cənubi Koreyaya zibil hücumları mayın sonundan bəri davam edir. Bu, qonşuları tərəfindən təbliğat vərəqələrinin yayılmasına cavabdır.

Bir neçə ay ərzində üç minə yaxın hava şarı buraxılıb. İçəridə adətən siqaret kötükləri, kağız, plastik torbalar, butulkalar, paltar parçaları və batareyalar olur.

 

 

 

İlhamə

Gununsesi.info