Şimali Koreya ÜST-ə dəstək oldu

  • By admin
  • 22 May 2020 12:06

Ümumdünya Səhiyyə Assambleyasına qatılan Şimali Koreya heyəti COVID-19 pandemiyasına görə tənqidlərin hədəfinə çevrilən ÜST-ə dəstək nümayiş etdirib.

Gununsesi.org “Newsweek”ə istinadən xəbər verir ki, Şimali Koreya heyəti pandemiyanın gözardı edilməsində ÜST-nin və ya hər hansı bir ölkənin günahlandırılmasını məsuliyyətsizlik adlandırıb. Həmçinin Şimali Koreya ÜST-ü təbii fəlakətləri siyasi maraqları üçün istifadə etməyə çalışan ölkələrdən ehtiyyatlı olmağa çağırıb.

Qeyd edək ki, Şimali Koreyada koronavirusa hər hansı yoluxma faktı ilə bağlı bu günə qədər heç bir açıqlama verilməyib.

 

Gununsesi.org