Şimali Koreya vuracağı hədəfləri açıqladı

Şimali Koreya ABŞ və Cənubi Koreyanı “həqiqi müharibəni simulyasiya etdiyini” bəyan edərək qorxudub.

ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə ardıcıl raket sınaqları ilə cavab verən Şimali Koreyadan gərginliyi zirvəyə çatdıracaq açıqlama gəlib.

Gununsesi.info Turkustan.az-a istinadən  xəbər verir ki, Şimali Koreya, sınaqların “potensial Cənubi Koreya və ABŞ hədəflərini vurmaq və məhv etmək” üçün sınaq olduğunu söyləyib.

Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) verilən açıqlamada “raket sınaqlarının ABŞ və Cənubi Koreya qüvvələrinin son dəniz təlimlərinə cavab olaraq həyata keçirildiyi” bildirilib.

KCNA, Şimali Koreyanın “düşmənlərinə xəbərdarlıq göndərmək üçün əsl müharibəni simulyasiya etməyə qərar verdiyini” vurğuladı.

Ölkəni dəmir yumruqla idarə edən Kim Çen In yaxın həftələrdə daha çox sınaq keçirəcəyinə işarə edib.

Gununsesi.info