Şimali Koreya XİN rəhbəri Donald Trampı təhqir etdi - O, ABŞ PREZİDENTİNİN ÇIXIŞINI "İTİN HÜRMƏSİ" ADLANDIRIB

  • By admin
  • 21 Sentyabr 2017 10:10

trampp

BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlmiş Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo assambleyada Amerika prezidenti Donald Trampın çıxışını “itin hürməsi” adlandırıb.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, onun bu fikirlərini yerli “Yonxap” agentliyi səsləndirib.

Şimali Koreya XİN rəhbəri deyib: “Əgər o düşünürsə ki, itin hürməsi bizi qorxudacaq, həqiqətən bu, it fantaziyasıdır”. Agentlik nazirin bu ifadə ilə “İt hürər, karvan keçər” məsələni nəzərdə tutduğunu qeyd edib.

Qeyd olunur ki, Koreya dilində “it fantaziyası” isə absurd, mənasız, əbəs kimi başa düşülür.

Gununsesi.info