Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atdı

  • By admin
  • 18 Dekabr 2023 09:17

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı Şimali Koreyanın Yapon dənizinə (Şərq dənizi) doğru ballistik raket atdığını bildirib.

Gununsesi.info xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, bu barədə Cənubi Koreya Baş Qərargahı müvafiq rəsmi məlumat yayıb.

Məlumatda Şimali Koreyanın Yapon dənizinə (Şərq dənizi) doğru ballistik raket atdığı bildirilib.

Raketin növü və ya başqa məlumat verilməyib.

Dekabrın 15-də Cənubi Koreyanın Milli Təhlükəsizlik Müşavirinin müavini Kim Tae-hyo bildirib ki, Şimali Koreya bu ay qitələrarası ballistik raketi sınaqdan keçirə bilər.

Gununsesi.info