
Koreya Xalq Demokratik Respublikası (KXDR) yaxın günlərdə daha bir nüvə sınağını keçirmək niyyətindədir.
Gununsesi.info-nun “Report”a istinadən verdiyi məlumata görə, bu barədə “Fox News”a ABŞ-ın adının çəkilməsini istəməyən məmurlarından birinə istinadən xəbər verib.
“Sınaq bu ayın sonlarında keçirilə bilər” – deyə mənbə bildirib.
Xəbərdə həmçinin qeyd edilir ki, ABŞ-ın Medafiə Nazirliyinin təmsilçiləri KXDR-in nüvə sınağı meydançasına – Punqeriyə aparan yeni tuneli müəyyənləşdiriblər. Lakin buna baxmayaraq KXDR hakimiyyəti ora zəruri avadanlığı yerləşdirməyib.
Qeyd edək ki, bir qədər əvvəl KXDR-in uğursuz ballistik raket sınağı keçirdiyi məlum olub.
Gununsesi.info