
Şimali Koreya ABŞ və Cənubi Koreya arasında müdafiə sahəsində əməkdaşlığı “münaqişə addımı” olaraq səciyyələndirərək, “ABŞ rəqibinin kim olduğuna və dünyada baş verən dəyişikliklərə diqqətlə baxmalı və başladığı yanğında yanmaq kimi ağılsızcasına səhvə yol verməməlidir” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi əməkdaşlığına sərt reaksiya verib .
Şimali Koreyanın rəsmi mətbuatında Cənubi Koreyada hərbi vəziyyət böhranına toxunan bəyanatda deyilir: “Siyasi xaosun dərinləşdiyi bir mühitdə Cənubi Koreyanın Şimali Koreyaya qarşı düşmənçilik isteriyası getdikcə daha aydın görünür.
Açıqlamada Cənubi Koreyanın müvəqqəti administrasiyasının prezident Yoon Suk Yeol-un həbsindən sonra belə Şimali Koreyaya qarşı “əzici güclə cəzalandırmaq” və “onları ağır bədəl ödəməyə məcbur etmək” kimi bəyanatlar verdiyi vurğulanıb və əlavə edilib: “Daha ciddisi, qarşıdurma və ehtiyatsız bəyanatlarla birlikdə edilən silahlanma hərəkətləridir”.
Cənubi Koreyanın ABŞ ilə müdafiə sahəsində əməkdaşlığı davam etdirməsinə diqqət çəkən açıqlamada Seul rəhbərliyinin Pxenyana qarşı hücum imkanlarını artırmaq üçün ABŞ-dan helikopter almağı planlaşdırdığı bildirilib.
“Dövlət başçısı müttəhimə çevrilmiş, güc mübarizəsi içərisində olan və var olmaq üçün mübarizə aparan marionet Cənubi Koreya ordusunun Şimali Koreyanı hədəf alan münaqişə hərəkətlərinə israrla əl atması vacibdir”, – deyən bəyanatda, “ABŞ-ın marionet Cənubi Koreya ordusunu ruhlandırmaq rolunu öz üzərinə götürdüyü gün kimi aydındır” deyilir.
Orxan Saffari