“Azadlıq” radiosunun dinləyən kapitan edam edildi - KİM ÇEN İN-ın İNSANLIQ ƏLEYHİNƏ DAHA BİR CİNAYƏTİ

Şimali Koreyada ABŞ tərəfindən maliyyələşdirilən “Azadlıq radiosu”nun Asiya tezliyini dinləyən gəmi tapitanı edam edilib.

Gununsesi.info Reuters-ə istinadən xəbər verir ki, balıqçılardan biri Choi adlı kapitanın gizlicə radioya qulaq asması barədə dövlət nümayəndələrinə xəbər verib. Bundan sonra o həbs edilib.

Cənubi Koreya mediasının yaydğı məlumatda qeyd edilir ki, Choi 15 ildir “Azadlıq radiosu”nu dinlədiyini etiraf edib. Məhkəmə onun edam edilməsinə qərar verib. Choi 100 balıqçının qonaq kimi qatıldığı edam mərasimində güllələnərək öldürülüb.

Gununsesi.info