
“Mümkümdür hansısa bir ölkə Şimali Koreyanın ehtiyac duyduğu raket mühərriklərini kopyalayaraq istehsal etsin”.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu haqda “Yujnoe” şirkətinin rəhbəri Aleksandr Deqtyarev Şimali Koreyanın Ukraynanın raket mühərrikləri istehsal edən “Yujnoe” şirkətindən qeyri-qanuni yollarla raket mühərriklərinin satın ala biləcəyi barədə “Nyu-York Times” qəzetində yayımlanan xəbərə münasibət bildirərkən belə deyib.
Belə ki, A.Deqtyarev əminliklə qeyd edib ki, “Yujnoe” şirkətində çalışan əməkdaşlardan heç biri raket mühərriklərinin istehsalı sahəsində Şimali Koreyaya yardım etməyib.
“Lakin Ukraynanın istehsalı olan raket mühərrikləri dünyada böyük maraq kəsb edir. Ehtimal edirəm ki, Şimali Koreyada olan mühərrikləri digər bir ölkə istehsal etsin”, – deyə şirkətin rəhbəri əlavə edib.
Anar
Gununsesi.info