Şimali Koreya ABŞ-ı gəmiləri batırmaqla təhdid edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreyanın dövlət nəzarəti ilə nəşr olunan “Rodong Sinmum” qəzetində çıxan məqalədə “USS Carl Vinson” gəmisinin bir atışla batıra biləcəyi iddia edilib.
Məqalədə qeyd olunub ki, Şimali Koreya hərbi qüvvələri müharibəyə tam hazırdır və onlar ABŞ nüvə gəmisini bir zərbə ilə məhv edə bilərlər.
Onu da qeyd edək ki, ABŞ rəhbərliyi bir müddət əvvəl “strateji səbr”in tükəndiyini bildirmişdi.
Gununsesi.info