Şimali Koreyanın dünən təxminən 1 illik fasilədən sonra həyata keçirdiyi ballistik raket sınaqları dünyada müzakirələrə səbəb olub.
Gununsesi.info xəbər verir ki, raket sınaqları ilə bağlı rəsmi Pxenyan məlumat yayıb.
Bildirilib ki, dünənki atılan ballistik raketlər yeni silah sınağının bir parçasıdır. Məlumata görə, ölkənin lideri Kim Çen Inın sınaqda iştirak etmədiyi iddia edilir.
Alçaq hündürlükdə nizamsız trayektoriyaları izləyə bilən iki yeni taktiki idarəolunan raketin ölkənin şərq sahillərindən 600 kilometr məsafədə təyin olunmuş hədəfi uğurla vurduğu qeyd edilib.
Açıqlamada bu silah sisteminin ölkənin hərbi gücünün artırılması və Koreya yarımadasındakı hər hansı bir hərbi təhdidin qarşısının alınmasında böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Gununsesi.info