Şimali Koreyanın atdığı raketlər üç ölkəni AYAĞA QALDIRDI

  • By admin
  • 05 İyun 2022 10:05

Yaponiya, ABŞ və Koreya Respublikası hökumətlərinin yüksək rütbəli nümayəndələri telefon danışıqları aparıblar, onlar bazar günü Şimali Koreya tərəfindən həyata keçirilən növbəti raket buraxılışlarını müzakirə ediblər. 

Gununsesi.info xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb .

Tərəflər Pxenyanın artan raket və nüvə fəaliyyətinin dünya ictimaiyyətinə açıq və ciddi çağırış olduğu qənaətindədirlər. Onlar həmçinin üç ölkənin KXDR-in tam nüvəsizləşdirilməsinə nail olmaq üçün sıx əməkdaşlıq etmək niyyətini təsdiqləyiblər.

Danışıqlarda iştirak edənlərin adları barədə məlumat verilmir.

Yaponiyanın müdafiə naziri Nobuo Kişi jurnalistlərə bildirib ki, Şimali Koreya ən azı altı ballistik raket buraxıb:

“Onların maksimal uçuş hündürlüyü 50 ilə 100 km arasında olub və Yaponiyanın müstəsna iqtisadi zonasından 300 ilə 400 km kənara düşüb. Onların arasında uçuş yolunu dəyişən raketlər ola bilər. Atışlar üç regionun ərazisindən həyata keçirilib: şərq sahili, qərb sahili və KXDR-in materik hissəsi. Hadisə ilə bağlı Tokio Pekindəki səfirliyi vasitəsilə Pxenyana etiraz edib”.

Xatırladaq ki, ilin əvvəlindən KXDR ondan çox silah sınağı keçirib. Sonuncu mayın 25-də baş verib, Cənubi Koreya ordusunun məlumatına görə, biri qitələrarası olmaqla üç ballistik raket buraxılıb.

Gununsesi.info