Şimali Koreyanın Xarici İşlər naziri Azərbaycana rəsmi səfərə gələcək

  • By admin
  • 03 Aprel 2018 09:32

Şimali Koreyanın Xarici İşlər naziri Li Yonq Ho Azərbaycana gələcək.

Gununsesi.info xəbər verir ki, nazir 5-6 aprel tarixlərində Bakıda keçirirləcək Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında iştirak edəcək.

O, Bakıya səfərindən sonra Rusiyaya gedəcək.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi bir müddət əvvəl Şimali Koreya XİN rəhbərinin Moskvaya səfəri üzərində işlər görüldüyünü açıqlamışdı.

Gununsesi.info