Şimali Koreyada 67 ildən sonra ilk dəfə yerli seçkilərdə əleyhinə səs verilib.
Gununsesi.info bildirir ki, “Yonhap”ın Şimali Koreyanın Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən verdiyi xəbərə görə, əyalət və rayonlarda keçirilən yerli seçkilərdə 27 min 858 Şimali Koreya vətəndaşı namizəd olaraq irəli sürülüb.
Xəbərdə seçkilərdə iştirakın 99,63 faiz olduğu, müəyyən edilmiş namizədə lehinə və ya əleyhinə səslərinin verildiyi sistemdə əyalət xalq məclisinə seçicilərin 99,91 faizinin “hə”, 0,09 faizinin isə “xeyr” səs verdiyi bildirilib.
Məlumat verilib ki, rayon və şəhər ictimai şuralarına namizədlərə seçicilərin 99,87 faizi “hə”, 0,13 faizi isə “xeyr” deyib.
Bildirilib ki, ölkədə 1956-cı ildən bəri ilk dəfə yerli seçkilərdə əleyhinə səs qeydə alınıb.
“Görünür, bu addım Şimali Koreya tərəfindən insanların seçkilərdə öz fikirlərini ifadə etmələrinə icazə vermək üçün atılıb, lakin bu, insanların səsvermə hüququna malik olduğuna zəmanət vermir”, – deyə Cənubi Koreyanın Birləşmə Nazirliyinin rəsmisi bildirib.
Gununsesi.info