Şimali Qafqaz regionlarının rəhbərləri əhalini təxribatlara uymamağa çağırıblar

  • By ilhame
  • 29 Oktyabr 2023 22:20

Şimali Qafqaz regionlarının rəhbərləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda respublikaların əhalisini sakit olmağa və aqressiv çağırışlara uymamağa çağırıblar.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu müraciətlər region liderlərinin rəsmi teleqram kanallarında dərc olunub.

Dağıstanın başçısı Sergey Melikov, Qaraçay-Çərkəzin rəhbəri Rəşid Temrezov və Kabardin-Balkar lideri Kazbek Kokov qeyd ediblər ki, Yaxın Şərqdə baş verən hadisələrə heç kəs biganə deyil. Bununla belə, təxribatlara uymamaq lazımdır.

Gununsesi.info