
Yanvarın 9-da sərhədyanı Pxanmuncom şəhərində Şimali və Cənubi Koreya rəsmilərinin görüşü baş tutacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın birləşmə nazirliyi məlumat verib.
Gözlənildiyinə görə, 2012-ci ilin dekabr ayından etibarən iki Koreya arasında ilk danışıqların əsas mövzusu Şimali Koreya idmançılarının Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı olacaq.
Gununsesi.info